UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları seçmə mərhələdə ilk 5 qrupda altı, sonrakı 5 qrupda beş komanda olmaqla 10 qrupa bölünüblər. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə yüksələcək.
Azərbaycan millisisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birlikdə E qrupunda mübarizə aparacaq. Bu qrupda 5 komanda olacaq.
A qrupu
İngiltərə
Çexiya
Bolqarıstan
Monteneqro
Kosovo
B qrupu
Portuqaliya
Ukrayna
Serbiya
Litva
Lüksemburq
C qrupu
Hollandiya
Almaniya
Şimali İrlandiya
Estoniya
Belarus
D qrupu
İsveçrə
Danimarka
İrlandiya
Gürcüstan
Cəbəllütariq
E qrupu
Xorvatiya
Uels
Slovakiya
Macarıstan
Azərbaycan
F qrupu
İspaniya
İsveç
Norveç
Rumıniya
Farer adaları
Malta
G qrupu
Polşa
Avstriya
İsrail
Sloveniya
Makedoniya
Latviya
H qrupu
Fransa
İslandiya
Türkiyə
Albaniya
Moldova
Andorra
I qrupu
Belçika
Rusiya
Şotlandiya
Cənubi Kipr
Qazaxıstan
San Marino
J qrupu
İtaliya
Bosniya və Herseqovina
Finlandiya
Yunanıstan
Ermənistan
Lixtenşteyn
“AVRO-2020″nin seçmə mərhələsinin ilk turu 21 mart 2019-cu ildə başlayacaq.
1-ci tur: 21 – 23 mart
2-ci tur: 24 – 26 mart
3-cü tur: 7-8 iyun
4-cü tur: 10-11 iyun
5-ci tur: 5 – 7 sentyabr
6-cı tur: 8 – 10 sentyabr
7-ci tur: 10 – 12 oktyabr
8-ci tur: 13 – 15 oktyabr
9-cu tur: 14 – 16 noyabr
10-cu tur: 17 – 19 noyabr
Hər qrupda ilk 2 yeri tutmuş komandalar final mərhələsinə yüksələcəklər. “AVRO-2020″yə son 4 vəsiqəni isə UEFA Millətlər Liqasında qrup qalibləri olan komandalar 4 liqa üzrə müəyyənləşdirəcəklər. Pley-off oyunları 2020-ci il 26 – 28 martda, final qarşılaşmaları isə 29 – 31 martda olacaq.
“AVRO”2020-nin final mərhələsinin püşkü 1 dekabr 2019-cu ildə atılacaq. Həmin vaxt Millətlər Liqasından vəsiqələrin sahibləri müəyyənləşməyəcəyindən, onlar 1 – 4 pley-offlarının qalibləri kimi adlandırılacaqlar.
Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.