D qrupunda Gürcüstan İsveçrəni qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər matçında İrlandiya səfərdə Cəbəllütariqdə qalib gəlib – 1:0.
F qrupunda İsveç Rumıniyanı, Malta Farer adalarını qəbul edib. Hər iki matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. Qrupun digər matçında İspaniya Norveçə eyni hesabla qalib gəlib.
J qrupunda da 3 oyun keçirilib. Qrupun İtaliya doğma meydanda Finlandiyanı, Yunanıstan səfərdə Lixtenşteyi 2:0, Bosniya və Herseqovina isə Ermənistan 2:1 hesabı ilə yenib.