Komitədən verilən məlumata görə, hazırda DGK-nin əsas hədəflərindən birinin Avropa məkanında tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlük olduğunu vurğulayan Səfər Mehdiyev, bu məqsədlə Avropa İttifaqı, Avropanın aparıcı dövlətləri ilə səmərəli təcrübə mübadiləsinin həyata keçirildiyini vurğulayıb.
DGK sədri bu gün bütün gömrük-sərhəd keçid məntəqələrində gömrük nəzarətinin ən müasir avadanlıqlarla həyata keçirildiyini bildirib, sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məqsədilə yeni avadanlıqlar alınacağını söyləyib.
Səfər Mehdiyev hazırda qanunvericilik, şəffaflıq, informasiya texnologiyalarının tətbiqi, gömrük nəzarətinin daha da təkmilləşdirilməsi istiqamətində əsaslı islahatların həyata keçirildiyini və Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvlərinin təklif və rəylərinin də ümumi işə fayda verəcəyini vurğulayıb.