Azərbaycan tərəfi alman ordusunun həftəlik ehtiyacları üçün istifadə olunan təyyarənin də Bakıda enişinə icazə verməyib. Bu səbəbdən uçuşlar təxirə salınıb. Əfqanıstanın Məzar-i Şərif şəhərindəki Marmul NATO bazasında xidmət keçən 1300 alman əsgəri aprel ayının sonunadək Amerikanın C17 təyyarələri ilə daşınacaq.
Almaniya mətbuatı hava sahəsindən keçid icazəsi almaq üçün NATO-nun Azərbaycanla danışıqlarda “ləng tərpənəsi”nin aprel ayındakı daşınmaları yubatdığını yazır. Həmkarlarımızın fikrincə, buna səbəb son illərdə Almaniya ilə NATO arasındakı soyuqluq olub.