Əsas menu

Azərbaycana 38 sm qar yağıb (FAKTİKİ HAVA) 

Martın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq rayonlarda  qar yağıb, bəzi yerlərdə intensiv olub. Bu barədə “Bizimxeber”Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Lənkəran-Astara zonasında 2-8, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 2-18, Qazax-Gəncə zonasında 1-10, Naxçıvan MR-da 4-12 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 38, Qırızda 12, Xınalıqda 4, Rvarudda 3, Kəlvəzdə 2 sm təşkil edib.

Şimal-qərb küləyi bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*