Aradan altı ay keçməsinə baxmayaraq, Mədəniyyət Nazirliyinin rəhbərliyi tabeliyindəki bəzi qurumların tanıtım lövhələrində müvafiq dəyişiklik aparmağı lazım bilməyib. Belə olmasaydı, Musiqili Teatrın binası qarşısında tanıtım lövhəsi dəyişdirilmək əvəzinə üzərindəki yazı pozulmazdı.

Məsələyə aydınlıq gətirən teatrın direktoru Əliqismət Lalayev artıq sifarişlərin verildiyini və yaxın zamanlarda lövhənin dəyişdiriləcəyini bildirib.