Əsas menu

Azərbaycanda nazirlik əməkdaşı qəzaya düşdü 

 Ağstafa rayonunda yol qəzası baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, Bünyamin Namazovun idarə etdiyi VAZ markalı avtomobil qarşı tərəfdən gələn avtomobillə toqquşub.

Nəticədə sürücü B.Namazov və avtomobildə olan sərnişinlər – 1982-ci il təvəllüdlü İqbal Fazil oğlu Namazov, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aytən Alı qızı Namazova, 2013-cü il təvəllüdlü Yusif İqbal oğlu Namazov, 1989-cu il təvəllüdlü Aygün Valeh qızı Alıyeva və 2017-ci il təvəllüdlü Onur Vüqar oğlu Alıyev ağır bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, İqbal Namazov Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinin əməkdaşıdır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*