Xatırladaq “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsində DSMF-nin gələn il üçün gəlirləri və xərcləri 3 928 104 000 manat məbləğində nəzərdə tutulub.
Sənədə əsasən, 2019-cu ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 419 371 590 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirləri 811 687 000 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə gəlirləri 110 684 590, qeyri-büdcə sektoru üzrə gəlirləri 1 497 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə gəlirləri 65 000 000, sair gəlirləri isə 6 000 000 manat təşkil etməlidir.