Əsas menu

Azərbaycanda yüksək vəzifəli şəxsin ayaqları tutulub, yeriyə bilmir 

“Çəkim artıq olduğu üçün həkimlər məni əməliyyat etməkdən imtina etdi”.

“Bizimxeber” xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında “Azərenerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov səhhəti ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

O, ayaqlarının tutulduğunu, yerimə qabiliyyətini itirdiyini və hazırda ev şəraitində müalicə aldığını bildirib.

Qeyd edək ki, ixtisasca mühəndis-elektrik olan M.Əsgərov 1936-cı il noyabrın 17-də anadan olub. O, 2005-ci ilin oktyabr ayından “Azərenerji”nin vitse-prezidentidir.

Bizimxeber.Az


« (Əvvəlki)



Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*