Əsas menu

Azərbaycanlı biznesmen polisə rüşvət təklif etdiyinə görə həbs olundu 

Rusiyanın Tver vilayətinin Peno qəsəbəsində yaşayan azərbaycanlı biznesmen polisə rüşvət vermə ittihamı ilə həbs olunub. bu barədə Tver vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə bu il fevralın 28-də baş verib. Penovsk rayonunda saxta alkoqollu içkilər satarkən yaxalanan fərdi sahibkar spirtli içkilərin satışı haqda inzibati protokol tərtib etməməsi üçün əməliyyat müvəkkilinə 15 min rubl rüşvət təklif edib.

Polis əməkdaşı ona rüşvət təklif edən biznesmenlə bağlı Rusiya Daxili İşlər Nazirliyinə məlumat verib. Biznesmen barəsində cinayət işi başlanılıb. Ona Rusiya Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə materiallar baxılması üçün Penovski Rayon Məhkəməsinə göndərilib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*