Əsas menu

Azərbaycanlı hakim Ermənistan komandasının oyununa təyinat alıb 

Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

“Bizimxeber”in məlumatına görə, Xudiyev Monteneqronun “Sutyeska” və Ermənistanın “Alaşkert” komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə iş başında olacaq.

O, Alen Byeri, Yan Kobeli, Sertac Kurnazka və Urs Şnayderdən ibarət isveçrəli hakimlər briqadasının işinə qiymət verəcək.

İyulun 26-da Monteneqronun Nikşiç şəhərindəki “Qradski” stadionunda keçiriləcək “Sutyeska” – “Alaşkert” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*