Məlumatda qeyd edilir ki, A. Salahova ötən il tanımadığı dilerlərlə atası Tahir Salahovun iki sənət əsərinin satışı ilə bağlı razılığa gəlib. Dilerlər sənət əsərlərini götürdükdən sonra Salahova ilə əlaqəni kəsiblər.
A. Salahova artıq aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət edib. Dələduzların axtarışlarlarına başlanılıb.