“Bu villaların qiyməti 4.5 milyon dollardan 90 milyon dollar arasında dəyişir. Hərəsinin öz tarixi var. Bosforun aşıya və Avropa sahillərində cəmi 60 villa satışa çıxarılıb”-daşınmaz əmlak agenti Uğur Ayxan yerli KİV-lərə bildirib.
Qaynarinfo virtualaz.org-a istinadən bildirir ki, potensial müştərilər türklər deyil, Qətər, İran və Azərbaycan vətəndaşlarıdır. Belələri boğaz sahillərində villalar almaqla həm də Türkiyə vətəndaşı pasportunu ala bilərlər. Çünki bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğan xaricilərin vətəndaşlıq alması üçün qaydaları sadələşdirib.