Əsas menu

“Bakcell”ə DƏF KİMİ təklif 

Ölkənin qabaqcıl operatorları öz abunəçilərini aldadırmı? Onların qurduğu bu sistemi araşdırmaq mümkündürmü? Araşdırma apararkən suallara verilən cavabların yorucu olması planlıdırmı? Ümumiyyətlə, dünyadakı mobil rabitə qiymətləri və abunəçilərə göstərilən xidmətlərlə ayaqlaşa bilirikmi? Suallar çoxdu e, sadəcə kimə verirəm? Fürsət düşmüşkən kim çox qazandı, kim çox aldatdıdır. Adın da qoymuşuq rəqabət. Rəqabət a…

Məsələn, hər gün telekanallarda, radiolarda qulaqlarımızı “mozol” edən, ölkənin irili-xırdalı elektron KİV-lərinə kontur paylamaqla özlərinin planlaşdırdıqları fəaliyyəti mail ürərindən göndərilən “dəf kimi” xəbər və şəkillərlə sığortalayan “Bakcell” operatorunun qadasın aldıqlarım nə etmək istəyir?

Onlar gecə-gündüz abunəçiləri üçün planlaşdırdığı “rahat”, “əvəzsiz xidmət”, “gen-bol internet, “MB-lar”ı, “trafik”ləri, “tarif”ləri (sevirəm də bu sözü – TARİF) daha nələri və nəsnələri ilə bu qaragünlü mobil bazarın lideri olmaq istəyirlər? O bacarıq ki, sizdə var, Vallah olacaqsız.

Konkret misal göstərəcəm ki, küsüb edən olmasın. Birdən “Bakcell”dəki abilər inciyər, ürəklərinə başqa-başqa şey gələr. Canımçün elə deyil, mən tam üstünə basacam.

Amma bunu deyim ki, şirkətin hər gün abunaçilərin “rahatlığını” düşünən o ağılı başında olan adamları çox da ağıllı olduqlarını düşünüb hər kəsi aldada biləcəklərini çox da kafalarına takmasınlar. Çünki, başdırsa, ondan bizdə də var. Bakcell nömrəsidirsə, canımçün ondan da var.

Deməli, bu “Bakcell” göz görə-görə, üzümüzə gülə-gülə cibimizə elə girir ki, heç rumuz da incimir. Bir də ayılırıq ki, balansımız 0 olub. Təsəvvür edin ki, kontur yükləmisən, arxayın yatmısan. Gecənin bir aləmi kənddən bir qohumun vızıv atır. Gözlərini ova-ova qalxıb ona zəng etmək istəyirsən ki, kim öldü, kim boğuldu…

Konturun yoxdu.

Dərhal “Bakcell”in 555 nömrəsinə zəng edib bu bəlanın hardan gəldiyini öyrənmək istəyirsən. Əsl müsibət budur. 555 yiğıb yarım saat operatora qulaq asırsan, filan xidmət üçün 1 rəqəmini yığ, filan üçün 2-yə bas, bəhmən üçün yenidən 3-ü (ü bir az uzun) yığ. Sona qədər gözləyirsən ki, bəlkə sonda insafa gəlib operatorla əlaqələndirə. Əsəbdən telefonu bir iki dəfə yerə çırpandan, 3-4 siqaretdən sonra sırf təsadüf nəticəsində Bakcell-in operatorlarından biri ilə əlaqə yarada bilirsən.

Soruşursan ki, ay Allahına qurban olum mənim bu konturlarım artmadı-artmadı, bəs bunun falası hanı. Verilən cavaba diqqət edin. “Siz hansısa reklam xidmətinə qoşulmusuz, konturlarınız ora gedir”. Həə, bax Kərəmi burda ağlamaq tutur. Sən vurmadın, mən yıxılmadım. Bəs nə oldu? Necə oldu ki, mən o xidmətə qoşuldum. Kim qoşdu məni məndən xəbərsiz o andıra qalmış, məlğun xidmətə. And aman edirsən ki, mən qoşulmamışam. Deyir adə get işinlə məşğul ol e, kimə fırıldaq gəlirsən. Qoşulmusan, vəssalam.

Nədir bu dedikləri reklam? Guya ki, hansısa bir reklam şirkəti mənə mesaj göndərib, mən də ona OK demişəm ki, məndən pul oğurla. İlin günün bu vaxtında hansı ağıllı bunu edər?

Bu yazını oxuyanlar yəqin ki, mənə güləcək, ürəyində deyəcək ki, əşi 20 ildir “Bakcell aldadır” bu indi xəbər tutub. Həə, indi “Bakcell”i ağlamaq tutacaq.

Əcəba “Bakcell”lə müqaviləsi olmayan bizim dədəsin-babasın tanımadığımız UNO-ya bənzər o reklam şirkətləri nömrələrimizə hardan “podxod” edib? Bəs hər gün reklamları ilə beynimizin səs siqnallarına təsir edən “Bakcell” şirkətinin abiləri abunəçilərinin təhlükəsizliyini neçə qoruyur? Abunəçinin xəbəri olmadan onun telefonunu, nömrəsini necə qurdalayır? Bəlkə elə bizə mesaj göndərib səsimizə də qulaq asırlar, elə buna görə bizdən pul da qoparırlar.

Məncə daha zarafata son qoyaq. Ciddi-ciddi bir təklif edim. Bu təklif “Bakcell”dəki UNO reklamlarını bizə xəbərimiz olmadan sırıyan abilərimizə də daha çox pul qazandıracaq. Zatən mətbuatı 3-5 dənə 10 manatlıq konturla manqurt eləmsiz. Zatən sizin əməllərinizdən yazan yoxdu. Elə kim harda qışqırır, dərdini demək istəyir, onun səsi elə orda qalır. Ona görə də, sizə çox pul oğurlamaq üçün yeni metod deyim.

Deməli belə edin. Nə görmüsüz bu kasıb-kusubdan. 1 manatlıq kontur yukləyirlər, onun da 20 qəpiyini sizin reklamlarız fırladan kimi, xəbər tutub, hay-həşir qaldırırlar. Ondansa bu haram yeyən və “Bakcell” işlədən bəzi yağlı məmurların telefon nömrələrini sistemləşdirin, bu reklam mesajlarını onlara göndərin. Onsuz da başları qarışıqdı, xəbərləri zadı olmayacaq. Konturları çox olduğu üçün 1-2 manata da fikir verməyəcəklər. Üstəlik “Bakcell”ə zəng eləməyə, mətbuata çıxıb nəsə deməyə, hay-küy qaldırmağa utanacaqlar. Pul qazanın da, ay befərəsatlar…

Bu kasıblardan 5-10 qəpik fırlatmaqla milyard qazanmaq olmaz. Necə təklifdi? Bəyənilsinmi? Yeni ildən düşünün, canımçün, bəsdi bizi qaşıdınız. Biz day qaşınmırıq, dərimizi çıxarmayacaqsız ki. Qaşınmalı adamları qaşıyın.

Amma söz verirəm, nömrəmi sındırıb atmayacam. Çünki, heç bir normal dövlətdə belə xidmət göstərən mobil operator yoxdur. Elə ona görə də işlədəcəm ki, avropalıların paxıllığı tutusun. İmkan olsaydı bu UNO-ların telefonlarımıza soxduğu reklamlar barədə dünyanın bütün tanınmış telekanallarında, qəzetlərində məlumat dərc etdirərdim. Qoy paxıllıqdan çartlasınlar. Onlarda olmayan UNO mobil reklamlar bizdə var.

Allah bizi biabır eləməsin. Bayramınız Mübarək!

Ədil Hüseynli

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*