Əsas menu

Bakı meriyası mitinqə icazə vermədi 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin (QK) fevralın 16-a təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. Bu barədən BŞİH-dən məlumat verilib.

Bildirilir ki, BŞİH-də müraciətə baxılıb və Qarabağ Komitəsinin fevralın 16-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.

BŞİH aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. Bununla bağlı təşkilatçılara məlumat verilib. Qeyd edək ki, Qarabağ Komitəsi fevralın 16-da “Qarabağa azadlıq” şüarı ilə keçirmək istədiyi mitinqə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*