Əsas menu

“Bakı Metropoliteni” QSC-nin sədrinə şok suallar verdildi – Cavabsız qalır… 

Bu günlərdə “Bakı Metropoliteni” QSC açıqlama yayaraq metronun “Xətai” stansiyasının təmirə bağlandığını bildirdi. Qurumun açıqlamasında qeyd edilirdi ki, stansiya təxminən 1 il müddətinə bağlı qalacaq.

Tanınmış hüquqşünas Fərhad Mehdiyev metro stansiyalarında aparılan təmir və yenidənqurma işləri ilə bağlı bir sıra qaranlıq məqamların olduğunu açıqlayıb. Onun sözlərinə görə, həyata keçirilən təmir-yenidənqurma işlərinin reallaşdırılması problemlə müşahidə olunur: “Metro idarəsi korrupsiya və pis idarəçilik praktikasına davam edir.

Daha əvvəl bu hal “Sahil” stansiyasında müşayiət olunmuşdu. Heç bir tender elan olunmadan indi də “Xətai” stansiyasi nə az, nə çox 1 illik müddətə təmirə dayanır. Nə qədər pul xərclənəcək? Hansı işlər görüləcək? Bütün bu məlumatlar ictimaiyyətə açıqlanmır.

3 dənə eskalatoru dəyişmək üçün niyə 1 il lazımdır? Büdcənizdə pul yoxdursa niyə başlayırsınız? Pulunuz varsa, quraşdırma və tikintidə təcrübəsi olan şirkətləri niyə cəlb etmirsiniz ki, tenderlə ən sərfəli formada bunu həyata keçirəsiniz? Smeta çıxarmısınızmı? Kimlərə kotirovka sorğusu göndərmisiniz? Bu ölkədə yeyib-dağıtmaq bu qədər sərbəstdirmi?”

F.Mehdiyevin ünvanladığı suallar kifayət qədər ciddi ittihamlar deməkdir. Lakin təəssüflər olsun ki, həmin suallara cavab almaq üçün müraciət etdiyimiz “Bakı Metropoliteni” QSC bizi cavabsız qoydu.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*