“Ayda 2 dəfə metronun diaqnostika kompleksi dəmir yolu xətlərini yoxlayır. Bu dəfə kompleksi saat 10:53-də xəttə buraxılıb. Yoxlama zamanı həmin xətt üzrə hərəkət edən qatar dalana verilib.
Bu proses, təqribən, 10-12 dəqiqə çəkir. Amma dalana verilən qatarda nasazlıq aşkar edildiyindən xəttə ehtiyat qatar buraxılıb. Bu stansiyalar arasındakı interval 8 dəqiqədir. Hadisə nəticəsində intervalla birgə fasilə 20 dəqiqəyə çatıb”.

P.S
Qatar gözləyən sərnişinlər Bizimxeber.az-ın əməkdaşına bildirib ki, geçikmə təxminən 50-60 dəqiqə çəkib. İnsanlar bu vəziyyətə ciddi narazılıqlarını bildiriblər.