Əsas menu

Bakı metrosunda texniki nasazlıq: vaqonlar boşaldıldı 

“28 May” metrostansiyasında qatarların hərəkətində problem yaşanıb.

Bu barədə “Bizimxeber”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, qatar stansiyadan birbaşa depoya göndərilib:

“Həzi Aslanovdan Dərnəgül istiqamətində hərəkət edən qatarlardan birində texniki nasazlıq yaranıb. Qatar “28 May” stansiyasında saxlanılıb və sərnişinlər dərhal qatardan çıxarılıb. Hələlik nasazlığın hansı səbəbdən yarandığı bəlli deyil.

Ümumilikdə qatarların intervalında beş dəqiqəyə qədər yubanma olub. Hazırda bütün stansiyalarda qatarların intervalı normalara uyğun şəkildə bərpa edilib”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*