Əsas menu

Bakıda 7-ci sinif şagirdi müəllim tərəfindən döyüldüyünü təsdiqlədi 

Bakının Qaradağ rayonundakı 321 saylı orta məktəbin 7-ci sinif şagirdinin məhz müəllim tərəfindən döyülərək xəsarət yetirildiyi təsdiqlənib. virtualaz.org xəbər verir ki, bundan əvvəl məktəb şagirdin “riyaziyyat dərsində qəfildən yıxılaraq xəsarət aldığını” açıqlamışdı.

Lakin şagirdin aparıldığı xəstəxana onun müəllim tərəfindən döyüldüyünü təsdiqləyib. “321 nömrəli tam orta məktəbin VII sinif şagirdi əvvəlcə özünü pis hiss etdiyini desə də, sonradan müəllim tərəfindən döyüldüyünü bildirib”.

Bu barədə  1 Saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) məlumat verilib. Xəbərdə qeyd olunub ki, uşağın onunla birlikdə gələn atası da övladının döyüldüyünü deyib: “Uşaqla birlikdə 5-6 adam gəlmişdi. Təhsil Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları da xəstəxanada idi. Uşağın müayinələrini apardıq. Vəziyyəti normal idi, amma xəstəxanada nəzarət altında qalmasını tövsiyə etsək də, atası imza ataraq övladını apardı”: – deyə xəstəxanadan bildirildi.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*