Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları qadının qəsdən öldürüldüyünü müəyyən ediblər. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 35 kvadratmetr olan iki otaqlı ev tamamilə yanıb. Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların hadisəni tamah məqsədi ilə törətdiklərini ehtimal edirlər.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanıb. Polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışını aparır.