Əsas menu

Bakının mərkəzində gənc vəhşicəsinə öldürüldü +18 – FOTO 

Bakı şəhər prokurorluğundan daxil olan məlumata görə, qətlə yetirilən şəxs 1996-cı il təvəllüdlü Asif Şamiyevdir. Qətl hadisəsi Salatın Əsgərova küçəsi, 64-də baş verib. Hazırda Yasamal rayon Polis Idarəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.

Mərhum ürəyindən bıçaqlanaraq öldürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

***
16:48

Bu dəqiqələrdə Bakının mərkəzində, “Nizami” metro stansiyasının yaxınlığında dəhşətli qətl hadisəsi baş verib. Naməlum şəxs tərəfindən bıçaqlanan təxminən 25-26 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mərhumun fotoşəkli hadisə şahidlərindən biri tərəfindən çəkilib və sosial şəbəkələrdə yayılıb. Öldürülən şəxsin kimliyi məlum deyil. Virtualaz.org qətlin təfərrüatları barədə hüquq-mühafizə orqanlarından məlumat almağa çalışır. Bu barədə ətraflı məlumat verməyə çalışacağıq.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*