Qaynarinfo xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi üçün nəzərdə tutulan xidməti minik avtomobillərinin say həddi limiti (say həddi 3 avtomobil idi – red) ləğv edilib.
Qərarla həmçinin Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 22 iyun tarixli qərarının 1-ci hissəsi (Büdcədən maliyyələşdirilən qurumlar) ləğv olunub.