Əsas menu

Bir gündə sərvəti 12 milyard dollar artdı 

Dünyanın ən varlı şəxsi olan Amazonun qurucusu Ceff Bezosun sərvəti getdikcə artır. “Bizimxeber” xarici mətbuata istinadən xəbər verir ki, “Amazon”un ilk rübünün hesabatında 49,96 milyard dollarlıq satış olacağı gözlənilsə də, rəqəmlər daha artıq olub. Belə ki, ilin ilk rübündə satışlardan 51,04 milyard dollar qazanc əldə edən “Amazon”un səhmlərinin də dəyəri kəskin artıb və beləliklə Ceff Bezosun sərvəti bir günə 12 milyard dollar artıb.

Bununla o, 134 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanların sırasında liderliyini daha da möhkəmləndirib. Onu 91,1 milyard dollar sərvəti ilə “Microsoft”un yaradıcısı Bill Qeyts, 48,6 milyard dollarlıq sərvəti ilə Varren Buffett izləyir.

Dördüncü sırada 73,5 milyard dollarla Bernard Arnault, beşinci pillədə isə 72 milyardlıq sərvətin sahibi olmaqla “Facebook”un yaradıcısı Mark Zukerberq qərarlaşıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*