Əsas menu

Cənub qonşumuz ciddi dəyişikliyə hazırlaşır 

Rialdan 4 sıfır atılacaq və mövcud 10 min rial 1 tümən olacaq
İran Mərkəzi Bankının sədri Abdunnasir Himmeti İran rialından 4 sıfırın çıxarılması ilə bağlı hazırladığı layihəni hökumətə təqdim edib. Sputnik Azərbaycan “Bloomberght”ə istinadla xəbər verir ki, Himmeti layihəyə ilk olaraq Nazirlər Kabinetində baxılacağını deyib.

Layihə İran parlamentində qəbul edilərsə, rialdan 4 sıfır atılacaq və mövcud 10 min rial 1 tümən olacaq. 1 tümən də yeni çıxarılacaq 100 riallıq banknotlara bərabər tutulacaq. Himmeti layihənin qəbul edilməsi ilə yeni banknotların çapına başlanacağını qeyd edib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*