C.Hacıyevin tanışlıq mərhələsi başa yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Məlumata görə, C.Hacıyev bu dəfə də mənimsəmədə təqsirli bilinir və onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci ilin dekabr ayının 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq bankir apellyasiya şikayəti verib.