Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının iclasında iştirak edəcək və onun Qaşıqçının qətli ilə bağlı bütün detalları açıqlaması gözlənilir.
Qeyd edək ki, Camal Qaşıqçı 2 oktyabrda konsulluqda öldürülüb. Səudiyyə jurnalistin öldürüldüyünü rəsmi olaraq təsdiq edib. Kral Salman və Vəliəhd Şahzadə Məhəmməd bin Salman Qaşıqçı ailəsinə başsağlığı verib.