Verilən açıqlamada binada axtarış tədbirlərinin həyata keçirilməsi səbəbindən 8 və 9-cu mərtəbələrin təxliyə edildiyi bildirilib. CNN-dən verilən açıqlamaya görə isə bomba xəbərdarlığından sonra studiyalar boşaldılıb. Don Lemonun aparıcılıq etdiyi “CNN Tonight” verilişi canlı yayımda olarkən binada yanğın siqnalizasiyası işə düşüb və kanal yayımı dayandırıb.
Qeyd edək ki, ötən ay da ABŞ Mərkəzi Xəbəralma Agentliyinin (CİA) keçmiş direktoru Con Brennanın adına şübhəli paket göndərildiyi üçün bina boşaldılmışdı. Binanın təxliyyə edilməsindən sonra ABŞ prezidenti Donald Trampın “Yalan xəbərlər xalqın düşmənidir” tviti diqqət çəkmişdi.
Qeyd edək ki, ABŞ prezidenti tez-tez başda CNN olmaqla bəzi media orqanlarını yalan xəbər verməkdə ittiham edir.