Əsas menu

Çörəyin keyfiyyəti azaldıla bilər 

Qiymət, yoxsa keyfiyyət?

Türkiyənin Qida Təhlükəsizliyi agentliyi, Türk Qida Kodeksi buğda ununun tərkibində dəyişiklik edib. Buna əsasən çörəyin bişirildiyi buğda ununun sedimantasya dərəcəsi 30ml – dən 26ml – ə endirilib.

Əkinçi Mühəndisləri Komitəsinin rəhbəri Özden Güngör bu qərarın çörəyin keyfiyyətini düşürəcəyini bildirib. Belə ki, Güngör açıqlamasında çörəyin buğda ununda sedimantasya dərəcəsinin yüksək olmasının çörəyin protein dəyərinin lazımi səviyyədə və keyfiyyətinin tam olduğunun göstəricisi olduğunu bildirib.

O qeyd edib ki, ötən il ölkə ərazisində yağışların çox olması əkin prosesinə mənfi təsir göstərib. Nəticədə 77 milyon hektar buğda əkini bu il 76 milyona düşüb ki, bu da xərcləri ödəmir. Yeganə çıxış yolu qiymət artımı, yaxud keyfiyyətin azaldılmasıdır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*