Əsas menu

Cüdo üzrə dünya çempionatı başladı – BAKIDA 

Bu gün Azərbaycan tarixində ilk dəfə Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı start götürəcək. Bizimxeber.az-ın məlumatına görə, ilk yarış günündə qadınların mübarizəsində 48 kq, kişilərdə isə 60 kq çəki dərəcəsləri üzrə qaliblər müəyyənləşəcək.

Azərbaycan yığmasını bu çəkilərdə müvafiq olaraq, Aişə Qurbanlı və Orxan Səfərovla Kəramət Hüseynov təmsil edəcəklər. Onların hər üçü mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar.

Qadınlar

48 kq

1/32 final. Aişə Qurbanlı – Amber Gersyes (Hollandiya)

Kişilər

60 kq

1/32 final. Orxan Səfərov – Amartuvşin Bayaraa (Monqolustan)

1/32 final. Kəramət Hüseynov – Joran Şildermans (Belçika)

İlk görüşlər saat 10:00-da, medal qarşılaşmaları isə saat 16:00-da başlanacaq.

Qeyd edək ki, fərdi mübarizəyə, ümumilikdə, 125 ölkədən 758 cüdoçu (460 kişi, 298 qadın) qatılacaq. Qadınların yarışında 80, kişilərdə isə 118 ölkə təmsil olunacaq. Mundiala sentyabrın 27-də keçiriləcək komanda yarışları ilə yekun vurulacaq.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*