Keçmiş nazirin oğlu, eyni zamanda bu yaxınlarda vəzifəsindən azad edilmiş Etibar Pirverdiyevin kürəkəni 32 yaşlı Eldar Abbasovun yeni açdığı şirkət də bu ünvanda yerləşir.

Jurnalist yazır ki, Eldar Abbasov atasının Azərbaycanın rabitəsindən kəsdiyi yeyintiləri Britaniyada eyni sahəyə yatırım edib. Onun təsis etdiyi BİTTOP LİMİTED şirkəti bu ilin aprelin 28-də Londonda qeydiyyatdan keçib və 11334512 saylı şəhadətnamə alıb. BİTTOP LİMİTED məlumatın işlənilməsi (data prosessing), hosting və s. müvafiq fəaliyyətlərlə məşğuldur.

Bu Eldar Abbasovun Londonda açdığı ilk şirkət deyil. Bundan əvvəl, yəni ötən ilin noyabrın 16-da maliyyə vasitəçiliyi ilə məşğul olan JDE CAPITAL LTD-ni təsis etsə də, ötən ayın 2-də onun fəaliyyətini dayandırıb. Görünür bu sahədə bəxti gətirməyib.