Əsas menu

Daha bir ölkə Qüdsdə səfirlik açdı 

Mayın 16-da – ABŞ öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürdükdən iki gün sonra bu şəhərdə Qvatemala səfirliyinin açılış mərasimi baş tutub.

“Bizimxeber” “İnterfax”a istinadla xəbər verir ki, Qüdsün qərb hissəsində yerləşən yeni səfirliyin açılış mərasimində İsrailin baş naziri Binyamin Netanyahu və Qvatemala prezidenti Cimmi Morales iştirak ediblər.

Mərasim zamanı Netanyahu Qvatemalanın 70 il bundan öncə ABŞ-dan sonra İsraili müstəqil dövlət kimi tanıyan ikinci ölkə olduğunu qeyd edib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*