Əsas menu

Deputatdan Rüfət Aslanlıya sərt tənqid – “65 min maaş alır, adına şərab buraxır…” 

Deputat Vahid Əhmədov parlamentin bu gün keçiriləın iclasında  Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib. İclasda çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Platasının Direktorlar Şurası ləğv edildi:

“Vaxtında biz palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar əleyhimizə çıxış etdilər. Biz haqlı idik. Bu Palata iki ildir ki, fəaliyyət göstərir. Ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alişovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki -üç dəfə İbrahimlə danışıram.

Müəyyən məsələləri müzakirə edə bilirik. Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi kimi (Rüfət Aslanlı) öz adına şərab buraxasan. Üstünə adını yazdırasan. 65 min manat maaşı da özün alasan. Bu harda görülüb ki? Normal adam olsaydı, normal işləyərdi”.

Qeyd edək ki, ötən il “Grand Vin de Bordeux” şirkətinin Rüfət Aslanlının şərəfinə şərab istehsal etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi  ki, Maison şərab şüşəsinin etiketində “Maison d’Aslanli” yazısı qeyd olunub. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzası görmək mümkündür.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*