Əsas menu

DTX Akademiyasının yaradılmasının 20 illiyi qeyd edilib 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının yaradılmasının 20 illiyi ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb. Sonra tədbir DTX-nin Mədəniyyət Mərkəzində davam edib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə Azərbaycan Respublikasının tarixində ilk dəfə dövlət təhlükəsizliyi orqanları üçün peşəkar kadrlar hazırlayan ali təhsil müəssisəsinin yaradılması, Akademiyanın ötən müddət ərzində keçdiyi təşəkkül yolu barədə danışılıb.

Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən bu xüsusi təyinatlı təhsil ocağının inkişafına göstərilən hərtərəfli diqqət və qayğı, tədris-təhsil və təlim-tərbiyə istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir iştirakçıları adından Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.

Təntənəli tədbir DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış və müstəqilliyi, vətənpərvərliyi, dövlətçiliyi tərənnüm edən ədəbi-bədii proqramla davam edib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*