Əsas menu

BŞDYPİ videogörüntülərin elektron surətini niyə vermir?-ŞİKAYƏT 

Redaksiyamıza Bakı Şəhər Dövlət Yol Polis İdarəsi əməkdaşlarının əməlindən narazı qalan Rzayev Samir adlı vətəndaş tərəfindən şikayət məktubu ünvanlanıb. Məktubda vətəndaş ona qarşı qanunun tələblərinin pozulıduğunu və müraciət etməsinə baxmayaraq hələ də ona lazımı cavabın verilmədiyini bildirir.

Samir Rzayev şikayət məktubunda qeyd edir ki, 08.09.2018-ci il tarixində “Toyota RAV-4” markalı, Az 10-VU 323 dövlət qeydiyyat nişanlı avtomobillə Azneft dairəsində hərəkətdə olarkən yol patrul inspektoru tərəfindən saxlanılaraq cərimələnib. İlk əvvəl bu protokoldan şikayət edən sürücü Rzayev idarəyə çağırılaraq videogörüntüyə baxış keçirilib və sürücüyə qayda pozunutusu barədə məlumat verilib. Bundan sonra idarəyə yenidən ərizə ilə müraciət edən S.Rzayev İnzibati Xətalar Məcəlləsinin 61.1.8.-ci maddəsini əsas tutaraq hadisənin videogörünütü

Lakin idarədən ona eyni tərkibli məktub göndərilərək videgörünütünü verməyiblər: “Mənə yazılan protokola aid olan videogörünütünü rəsmi qaydada istədim. İnzibati Xətalar Məcəlləsi dövlətin qanuni sənədidir. Bu məcəllənin 61.1.8.-ci maddəsinə konkret olaraq göstərilir ki, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, vətəndaş hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq səlahiyyətinə malikdir.

Bunun üçün rəsmi müraciət etmişəm və mənə çox absurd olan bir cavab məktubu göndərilib. İlk müraciətimin cavabı ilə, sonuncu müraciətimin cavab məktubu eynidir. Cəriməmi ödəməyə hazıram. Amma videogörüntüdə maraqlı məqamlar var bunları araşdırmaq lazımdı, eksperlərlə dəqiqləşdirmək lazımdı. Amma, nədən qanunları kobud şəkildə pozaraq videogörünütünü təqdim etmirlər. Məcəlləni mən yazmamışam və bu qanuni sənəddir. Niyə bu qanuni sənədi, Məcəllənin maddələrini ayaqlar altına atırlar?” 

Sürücü Samir Rzayev ölkənin Daxili İşlər naziri Ramil Usubova müraciət edərək tapdanmış huquqlarının bərpasını və qanunun aliliyinin qorunması üçün kömək istəyib: “Mən əminəm ki, cənab nazir Ramil Usubovun polislərin qanunsuz əməlindən xəbəri yoxdur. Qanunda konkret olaraq deyilir ki, bu videogörüntü verilməlidir, amma vermirlər. Cənab Usubovdan xahiş edirəm ki, videogörünütünün mənə niyə təqdim edilmədiyini araşdırsın. Bir vətəndaş olaraq bu faktın araşdırılacağına inanıram.”

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*