Əsas menu

Drezdendə ksenofobiya əleyhinə nümayiş keçirilib 

Oktyabrın 21-də Almaniyanın Drezden şəhərində tolerantlıq və demokratiya tərəfdarlarının ksenofobiya əleyhinə nümayişi keçirilib. Nümayişdə on minə yaxın insan iştirak edib.

Aksiyada Saksoniya federal əyalətinin baş naziri Mixael Kreçmer, onun müavini Martin Duliq və əyalətin elm və incəsənət naziri Yeva-Mariya Ştanqe iştirak ediblər.

Həmin gün Drezdendə “Pegida” ksenofobiya hərəkatının da nümayişi təşkil olunub. Həmin aksiyada iki mindən beş minədək insanın iştirak etdiyi bildirilir. Qeyd edək ki, “Pegida” ksenofobiya hərəkatı 2014-cü ilin oktyabrından Drezdendə aksiyalar təşkil edir.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*