Düşmənin X-55 taktiki pilotsuz aparatı vuruldu

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan aid pilotsuz aparatın vurulması barədə məlumat yayıb.
Məlumatda deyilir: “İyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55″ taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib”.
***
13:15
Azərbaycan Silahlı Qüvvələri bu gün iyunun 19-da Ermənistan işğalçı qüvvələrinə aid pilotsuz kəşfiyyat təyyarəsini vurub. Virtualaz.org xəbər verir ki, məlumatı qondarma “dqr müdafiə nazirliyi” yayıb.
“İyunun 19-da saat 11.20 radələrində təmas xəttinin cənub-şərq istiqamətində müşahidə aparan pilotsuz uçan aparatımız rəqib tərəfindən vurulub”-məlumatda deyilir.
Bu, bir qədər qeyri-adi açıqlamadır. Çünki Azərbaycan tərəfi ermənilərin pilotsuz uçan aparatlarını tez-tez vurub salır, amma onların özləri heç vaxt bu barədə birinci xəbər vermirdi…