Əsas menu

“Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar….” 

Azərbaycan ordusunun ötən gün başa çatan irimiqyaslı hərbi təlimləri Ermənistanda müzakirə olunmaqdadır. 10 minə qədər canlı qüvvə, 500-ə qədər tank və digər zirehli texnikanın, yüzlərlə reaktiv artilleriya və ən yeni raket komplekslərinin cəlb olunduğu, döyüş şəraitinə maksimal yaxınlaşdırılmış təlimlərin ssenarisi şərti düşmənin müdafiə xəttinin yarılması və ərazilərin işğaldan azad edilməsi üzərində qurulmuşdu.

Virtualaz.org xəbər verir ki, bu təlimləri şərh edən erməni hərbi ekspert Taron Ovanisyan onun əvvəlkilərdən fərqlənmədiyini deyir. Onun bildirdiyinə görə, Azərbaycan ordusunun keçirdiyi təlimlərdə həmişə eyni ssenari oynanılır, bu da o dməkdir ki, ordu müvafiq döyüş əməliyyatlarına hazırlaşır. İndiki halda Ovanisyana görə bu təlimlər Azərbaycan ordusunun Qarabağ istiqamətində hücumuna hazırlıqdır.

 “Düzünü desəm, mən gözləyirdim ki, bu təlimlərdə ilk dəfə Belarusdan alınan “Polonez” operativ-taktiki raket komplekslərindən və İsraildən alınan LORA operativ-taktiki raket komplekslərindən döyüş atışları həyata keçiriləcək. Lakin nə bu, nə digəri tətbiq edilmədi. Ən azından yayılan kadrlarda bu atışları biz görmədik ki, burası bir qədər təəcübləndirir”-Ovanisyan “Sputnik Armenia” agentliyinə açıqlamasında deyib.

Erməni ekspert qeyd edib ki, Azərbaycan “Polonez” və LORA komplekslərini Ermənistanın “İsgəndər” komplekslərini əldə etməsinə cavab olaraq almışdı. O, istisna etmir ki, həmin vsitələrin təlimlərdə tətbiq edilməməsi raketlərin dəyərinin yüksək olması ilə bağlıdır.

“Məsələn, bir LORA raketinin qiyməti 800 min dollara yaxındır. Ola bilsin Azərbaycanın hərbi-siyasi rəhbərliyi təlimlərə bu qədər böyük vəsaitin xərclənməsini məqsədəuyğun saymayıb”-Ovanisyan bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi “Polonez” və LORA raket komplekslərinin də təlimlər çərçivəsində öz bazalarını tərk edərək poliqonlara doğru hərəkət etdiyinə dair kadrları yayıb. Lakin daha sonra təlimlərin gedişinə dair xəbərlərdə bu komplekslər gözə dəyməyib. Eləcə də təlimlərin döyüş atışlı hissəsinə dair Müdafiə Nazirliyinin yaydığı kadrlarda “Vampir” və “Qrad” reaktiv yaylım atəşi sistemlərindən, özüyeriyən qaubitsalardan və müxtəlif çaplı minomyotlardan, o cümlədən tanklardan şərti hədəflərə kütləvi zərbələrin endirilməsi əksini tapıb.

Lakin “Polonez” və LORA operativ-taktiki raket komplekslərindən döyüş atışları həyata keçirilməyibsə belə bu silahların təlim poliqonlarına çıxarılması onların real döyüş əməliyyatlarında tətbiqi ilə bağlı digər mühüm elementləri sınaqdan çıxarmağa imkan verir. Bura komplekslərin döyüş mövqeyini tutması, vurulacaq hədəflərin təsbit edilməsi, şəxsi heyətin kompleksləri çevik şəkildə döyüşə hazır vəziyyətə gətirməsi, zərbənin endirilməsindən sonra döyüş mövqeyinin mümkün cavab zərbələrindən yayınmaq üçün qısa zamanda tərk edilməsi kimi məqamlar daxildir.

“Polonez” raket kompleksləri 250 kilometr mənzilli 8 yüksək dəqiqlikli raketlərlə təchiz olunub. LORA kompleksləri isə 400 kilometrdən çox məsafədə hədəfi 500 kiloqrama yaxın döyüş başlıqlı raketlərlə vura bilir.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*