Qəzetin baş redaktor əvəzi Qalib İbrahimoğlu ilə əlaqə saxlayıb. O bildirib ki, texniki problemlərə görə, qəzet iki gündür ki, nəşr olunmur: “İndidən qəzetin bağlanıb-bağlanmayacağı ilə bağlı bir şey deyə bilmərəm. Gələn həftə bu barədə qəti qərar veriləcək”.
Xatırladaq ki, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov da bir müddət əvvəl təsisçilər tərəfindən vəzifəsindən azad olunub.