Əsas menu

“Eldar Mahmudovun təbrikinə ehtiyacım yoxdur” – Beytulla Hüseynov 

Xəbər verdiyimiz kimi, prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlar arasında “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov da var. “MTN işi” çərçivəsində həbs edilən Beytulla Hüseynov sabiq nazir Eldar Mahmudovun ən yaxın adamlarından biri sayılıb.

“Bizimxeber” xəbər verir ki, Gununsesi.org-a açıqlamasında Beytulla Hüseynov azadlığa çıxdığı üçün ölkə başçısı İlham Əliyevə təşəkkür edib: “Mən cənab prezidentə minnətdaram ki, məni əfv etdi”.

Gühanının olub-olmamasına dair suala cavab verən Beytulla Hüseynov bunları deyib: “Günahımız olmasa həbsə girməzdik. Demək, günahımız olub ki, bu da başımıza gəldi. Mən heç kəsə həbs həyatı arzulamazdım”.

“Sabiq MTN şefi Eldar Mahmudov azadlığınız münasibəti ilə sizi təbrik etdimi” sualına Beytulla Hüseynov belə cavab verib: “Xeyr, məni təbrik etməyib. Ondan bunu da gözləmirəm və heç ehtiyacım da yoxdur”. 

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*