Əsas menu

Elektrik enerjisinin təchizatında 27 faiz məhdudiyyət tətbiq olunub 

“Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli  hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və Regionlarda Elektrik Enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub. Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, ”Azərişiq” ASC  öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı metrosu, H.Əliyev adına Hava limanı, su-kanalizasiya sistemi, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda  həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar. Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC  İstehlakçılarından üzr istəyir.

***
16:41

Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

Bu barədə “APA-Economics”ə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, hadisənin başvermə səbəbləri araşdırılır.

***
16:39
Bakıda və ölkənin müxtəlif bölgələrində yenidən işıqlar sönüb. Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, məsələni araşdırırlar: “Yaxın dəqiqələrdə rəsmi məlumat veriləcək”.

İşıqların sönməsi “Bakı Metropoliteni”nin də fəaliyyətində problem yaradıb. “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, saat 16.10-dan 16.30-dək metropolitenin Bənövşəyi xəttinin “Avtovağzal- Memar Əcəmi” stansiyalarında işıq olmayıb. Həmin vaxt tuneldə qalan olmadığını deyən qurum rəsmisi artıq hərəkətin bərpa olunduğunu bildirib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*