Əsas menu

Elektrik naqillərinin açıq olduğu “tam təmirli” məktəb – FOTO 

Mətbuatda Salyan rayonu, Kürsəngi kənd tam orta məktəbiin şagirdlərinin acıq havada, soyuğun altında dərs keçdiklərini göstərən video görüntü yayılıb. Ardınca Təhsil Nazirliyi məlumat yayıb ki, bu video köhnədir və məktəb tam təmir olunaraq şagirdlərin istifadəsinə verilib. Üstəlik bir iki şəkil də çəkilib, subut olunsun.

Bir iki məqamı aidiyyatı qurumların diqqətinə çatdırmağı özümüzə borc bilirik. Əvvəla nazirliyin “hər şey əla” olduğunu göstərən şəkillərində şagirdlər papaq, palto, kurtkada oturublar. Bu onu göstərir ki, sinif otaqlarında istilik sistemi qurulmayıb və adi bir qızdırıcı belə yoxdur. Bu hal onu deməyə əsas verir ki, bəlkə də uşaqları bura tez tələsik gətirərək şəkil çəkdiriblər ki, kiməsə, nəyisə subut eləsinlər. Bununla da işimiz yox.

Ən təhlükəli məqam isə şəkillərdə elektrik naqillərinin açıq olduğu və uşaqların əl ilə toxunması mümkün olan yerdə olmasıdır. Yəni, hər bir uşaq bu elektrik naqilinə toxuna və bədbəxt hadisənin qurbanı ola bilər. Bəlkə heç bu məktəbə elektrik enerjisi də verilməyib. Bu halda deməli məktəb istifadəyə hazır deyil və uşaqların bu vəziyyətdə dərs keçməsi mümkünsüzdür.

Elə isə kimi aldadırıq, cənablar? Bu uşaqların günahı nədir, cənab nazir Ceyhun Bayramov? İnsanların kasıbçılıqla böyütdüyü uşaqları elektrik cəryanı vurub öldürsə nə olacaq? Soyuqdan hansısa uşaq xəstəlik tapsa nə olacaq? Axı, bu uşaqlar bizim övladlarımız, gələcəyimizdir. Elə deyilmi?

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*