Əsas menu

Emil Rəhmanoğlu Elgizə görə “O Səs Türkiyə”dən qovuldu (VİDEO) 

Əməkdar artist Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanov “Acun Medya”nın qaydalarını pozub.  “Bizimxeber” qafqazinfo-ya istinadən xəbər verir ki, o, buna görə də, “O səs Türkiyə” müsabiqəsindən kənarlaşdırılıb.
Emil ötən gün “Hər şey daxil” proqramına qonaq olarkən məsələyə aydınlıq gətirib: “Müsabiqədə iştirak etdikdən sonra Elgiz Əkbərin proqramına qonaq oldum. O, sual verdi ki, hansı jüri sənin ifanı bəyənərək geri dönüb. Mən də bildirdim ki, Seda Sayan! Əslində, müsabiqə şərtlərinə görə, heç nə açıqlamamalı idim. Amma qaydanı pozdum, ona görə də, yarışmadan uzaqlaşdırılırdım”.
Bu məqamda bildirək ki, E. Rəhmanovun görüntüləri də efirə verilməyib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*