Əsas menu

Erməni hərbçisi özünü öldürmək istədi 

Ermənistan ordusunun hərbi qulluqçusu intihara cəhd edib. Dekabrın 11-də saat 16:40 radələrində 26 yaşlı Vardan Şahnazarayan öz evlərində 16 mm-lik təklüləli ov tüfəngi ilə özünə atəş açaraq, intihar etməyə cəhd edib.

Baş verən hadisə ilə bağlı Şahnazaryanın qohumları polisə məlumat verib. Hazırda onun koma vəziyyətində olduğu bildirilir. Polis hadisə yerindən ov tüfəngini maddi sübut olaraq götürüb.

Məlumata görə, Vardan Şahnazaryan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edir.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*