Əsas menu

Ermənistan ordusunun mayoru maşını dərəyə aşırdı, öldü 

Ermənistanın Lori vilayətində bu gün səhər saatlarında hərbçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, səhər saat 07.50 radələrində Araqatson vilayətinin Kuçak kəndinin sakini Artak Qriqoryan idarə etdiyi “Mercedes” avtomobili ilə Yerevan-Vanadzor yolunda hərəkətdə olarkən Spitak döngəsində idarəetməni itirib, avtomobil yolun qarşı hərəkət zolağına çıxıb, dəmir maneəyə çırpılıb və daha sonra dərəyə aşıb. Sürücü hadisə yerində ölüb, onun meyitini xilasedicilər çıxarıblar. Hadisə yerinə Yol polisinin əməkdaşları və Hərbi polisin operativ qrupu gəlib. Sürücü-mayor Artak Qriqoryan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində avto-texniki hissənin rəisi olub.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*