Əsas menu

Ermənistan Rusiyadan üçüncü hərbi krediti ala biləcəkmi? 

Errmənistan Rusiyaya yeni müdafiə krediti üçün müraciət edə bilər. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə naziri David Tonoyan deyib. O, hələlik bununla bağlı danışıqların başlamadığını bildirib.

Tonoyan həmçinin kreditin həcmi barədə məlumat verə bilməyəcəyini də söyləyib.

Qeyd edək ki, İrəvan bundan öncə Rusiyadan iki dəfə hərbi kredit alıb. Birinci kreditin miqdarı 200 milyon dollar olub və bunun əsasında Ermənistana silah tədarükü artıq başa çatıb. Hazırda ikinci – 100 milyonluq hərbi kreditin əsasında silah tədarükünün reallaşdırılmasına gözlənilir.

 

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*