Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan məlumat verib. Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb.
Qəza nəticəsində döyüş təyyarəsinin iki pilotu ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır. 
***13.23
Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi radarlardan itib.
Qaynarinfo Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Gümrü şəhərindəki aeroportdan havaya qalxan təyyarə ilə əlaqə kəsilib. Məlumatda bildirilir ki, “Su-25” döyüş təyyarəsi plana uyğun olaraq təlim uçuşu keçirirmiş. Hazırda təyyarənin axtarışları aparılır.