Əsas menu

ETSN cərimələrin 5 dəfə artırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edib 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların məhv edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, müraciətin səbəbi yaşıllıqların məhv edilməsi ilə bağlı cərimələrin 5 dəfə artırılmasıdır: “Yaxın vaxtlarda qərar barədə mediada məlumat olacaq”.

Nazir müavini qeyd edib ki, son 10 ildə “Azərlandşaft” ASC tərəfindən Abşeron yarımadası və magistral yolların qırağında 5.4 milyon ağac əkilib:  “Bu proses davam edəcək. Bakı-Qazax, Ələt-Astara, Bakı-Qusar istiqamətində işlər həyata keçiriləcək”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*