Əsas menu

“Formula 1”in texniki direktoru vəfat etdi – Açılışa üç gün qalmış 

“Formula 1” texniki direktoru Çarli Uaytinq 66 yaşında Melburnda vəfat edib. Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının saytında (FİA) məlumatyayılıb.

Ölümə ağciyər emboliyası səbəb olub.

Ç.Uaytinq Avstraliyada növbəti “Formula-1” mövsümünün açılışına üç gün qalmış dünyasını dəyişib.

Uaytinq “Formula 1” karyerasına 1977-ci ildə “Hesketh Racing” komandasının tərkibində qədəm qoyub. 1988-ci ildə Beynəlxalq Avtomobil Federasiyasının “Formula 1”də texniki nümayəndəsi olub. 1997-ci ildə isə yarışın texniki direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Xatırladaq ki, 2016-cı ildə Ç.Uaytinq Bakıya səfər edərək, trassın “Formula 1” Qran-Prisinə (17-19 iyun) hazırlıq səviyyəsini yoxlamışdı. Onun başçılığı altında ekspert qrupu Baku City Circuit  və digər infrastruktur obyektlərini təftiş etmiş və görülən işləri yüksək qiymətləndirmişdi.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*