Əsas menu

Fransa yenidən silkələnir 

Fransada vəziyyət yenidən gərginləşir. Ötən gün axşam saatlarından Fransada “sarı jiletlilər”in üsyanı yenidən alovlanıb. “Sarı jieltlilər” bu dəfə ağır yük maşınları ilə hökumət idarəsinin qarşısında saxlanılan avtomobillərə ziyan vurublar.
Polis, arxiv foto

Məlumata görə, hətta üsyançılarla polislər arasında da insident yaşanıb. Nəticədə, bir neçə üsyançı polis məmuruna hücum edərək ona ağır zərbələr endirib. İşsizlik müavinətləri üçün Makronun daha sərt qərarlar hazırlayacağını deyən üsyançılar hökumətə səslənərək minlərlə iş yerinin bağlanması ilə bağlı Makrona suallar ünvanlayıblar.

Baş verən bu hadisə ilə əlaqədar olaraq isə ölkə başçısı Emanuel Makron “Twitter” sosial şəbəkəsində paylaşdığı tvitdə sadəcə olaraq bunları qeyd edib: “Respublikamız üsyançılar tərəfindən bir daha təzyiqlərə məruz qaldı. Beləcə republikanın qəyyumları, təmsilçiləri və simvollarına yenidən təzyiqlər edildi”.

Ötən gün baş verən üsyanlardan sonra Makron verdiyi açıqlamada baş verənlərin ona qarşı deyil, sırf respublika əleyhinə olduğunu vurğulayıb.

Xatırladaq ki, ötən ilin noyabrında yanacağın və ona qoyulan verginin artırılmasına etiraz olaraq Fransada “sarı jiletlilər”in üsyanı başlamışdı. Daha sonra isə ölkənin müxtəlif yerlərindən bu üsyana dəstək olaarq 50 minə yaxın şəxs küçələrə axışaraq ölkədəki sosial problemlərin həllini tələb etmişdi. Makron isə geri addım atsa da, onun bu vədi də üsyançıları sakitləşdirməmişdi.

Qeyd edək ki, yeni il bayramı ərzində ölkədə üsyanlar baş verməyib və vətəndaşlar bu müddətdə Makrondan islahatlar gözləyib. Hazırda Fransa prezidenti sabitliyin bərqərar olduğu bir müddətdə əməli addımlar atmamaqda günahlandırılır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*