Əsas menu

Fransada aksiya öncəsi saxlanılanlar var – 70 min polis səfərbər oldu 

Parisdə bu gün səhər, “sarı jiletlər”in etiraz aksiyası öncəsi altı nəfər saxlanılıb. Daxili işlər naziri Kristof Kastaner artıq paytaxtın mərkəzindəki Konkord meydanına gedib və təhlükəsizliyi təmin edən hüquq-mühafizə orqanları əməkdaşlarını salamlayıb. Gözlənilən yeni etirazlar üçün bütün Fransada 70 minə yaxın polis səfərbər edilib. 

Xatırladaq ki, Fransada etiraz aksiyaları noyabrın 17-dən başlayıb. Özlərini “Sarı jiletlilər” adlandıran hərəkat üzvləri benzinin qiymətinin qalxmasına etiraz edirlər. Polislə nümayişçilərin toqquşması fonunda davam edən aksiyalarda indiyə qədər 4,5 mindən çox insan saxlanılıb.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*